Nüsrət Əyyubova Prezidentin fərdi təqaüdü verildi

nusret-eyyubova-prezidentin-ferdi-teqaudu-verildi
Oxunma sayı: 2100

Prezident İlham Əliyev Nüsrət Əyyubova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

“Qafqazinfo”nun məlumatına görə, sərəncamda qeyd olunur ki, Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə və Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə Nüsrət Rauf oğlu Əyyubova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.