Nyu-Yorkda piyadalara atəş açıldı, yaralananlar var

nyu-yorkda-piyadalara-ates-acildi-yaralananlar-var
Oxunma sayı: 713

Nyu-Yorkun Manhetten bölgəsində naməlum silahlı şəxs piyadalara atəş açıb.

“Qafqazinfo”nun “NBC” telekanalına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Onlardan birinin 18, digərinin isə 23 yaşı var. 

Ayaq və kürəyindən yaralanan gənc insanlar xəstəxanaya yerləşdiriliblər.

Polis insidenti törədən şəxsi yaxalaya bilməyib.