“Oğlum intihar etməyib, öldürüblər”

oglum-intihar-etmeyib-oldurubler
Oxunma sayı: 640

“Qafqazinfo”ya müraciət edən Gədəbəy rayon Zəhmət kənd sakininin sözlərinə görə, oğlu Adil Ələsgərovu ötən ilin noyabrın 9-da gecə saat 3 radələrindən sonra qonşunun dükanında asılmış vəziyyətdə tapıblar. M.Ələsgərov oğlunun boğazından asılı olsa da dükanının alçaq olduğunu, mərhumun ayaqlarının yerə dəydiyini deyir. Belə olan halda onun özünü asması ehtimalının olmadığını deyən Gədəbəy sakini oğlunun öldürüldüyünü iddia edir.

M.Ələsgərov Gədəbəy qızıl mədənlərində işləyən oğlunun öldüyü gecə saat 3-də yaxınları ilə birgə olduğunu və özünü öldürməsi üçün hər hansı səbəbin olmadığını bildirib. O, oğlunun ölümü ilə bağlı ilkin ekspertiza rəyinin onlara açıqlanmamasından şikayət edir: “Oğlumun ölümündən bu qədər vaxt keçib, amma bizə ekspertiza rəyi hələ də açıqlanmır. Dəfələrlə Baş Prokurorluğa da müraciət etmişik, lakin yazılı surətdə bizə heç bir konkret cavab verilməyib. Elə bu səbəbdən oğlumun məzarının açılmasına qərar verdim. Lakin ikinci ekspertiza rəyi də oğlumun ölüm səbəbi ilə bağlı bizə konkret heç nə demədi”.