Oğulla atanı maşın vurdu, ata öldü...

ogulla-atani-masin-vurdu-ata-oldu
Oxunma sayı: 1465

Gəncədə ata və oğlunu avtomobil vurub. 

“Qafqazinfo”nun verdiyi məlumata görə, hadisə şəhərin 5-ci mikrorayonunda qeydə alınıb. Hərəkətdə olan “VAZ” markalı avtomobil Səttar Qəribov və onun oğlunu vurub. Sürücü avtomobillə hadisə yerindən qaçıb. 

54 yaşlı ata hadisə yerində keçinib, oğlu isə yaralı ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli