Onun moda sərgisi olacaq

onun-moda-sergisi-olacaq
Oxunma sayı: 1139


“Qafqazinfo”nun məlumatına görə, sənətçi sentyabr ayında özünün planladığı konsert proqramı ilə çıxış edəcək. Müğənni bu layihəni çoxdan prodüser Toliklə düşünüb və həmin ayda həyata keçirməyə qərar verib

“Nahid bəy dostumuzdur və onun layihəsinə kölgə salmaq istəmirəm. Sadəcə Toliklə planlaşdırdığımız konsertin üstündən xətt çəkmək istəmirəm. Düşündüm ki, bu, müəyyən fasilədən sonra ən yaxşı konsert layihəm ola bilər” – deyən sənətçi artıq Toliklə bir neçə konsert məkanına baş çəkdiyini və qərar vermə ərəfəsində olduqlarını bildirib. 

 “Konsertə qədər isə qızım Aysunun moda sərgisini təşkil edəcəm. Hazırda geyimlərin nümayişi üçün 100-dən çox model seçimi aparılır. Eyni zamanda məkan və ssenari müəyyən edilir. Bu günlərdə moda tədbirinin roliki çəkiləcək. Neçə aylardır Türkiyədə həllini tapan albomumun təqdimatını Aysunun moda sərgisində təqdim etməyə qərar vermişəm. Tədbir maraqlı keçəcək. Moskvadan həm tanınmış bir müğənni və maneken qonağımız olacaq” – deyən sənətçi bildirdi ki, kiçik fasilənin ardınca konsert proqramı baş tutacaq. Eyni zamanda onun türkiyəli heyət tərəfindən ekranlaşdırılacaq klipinin yayımı başlayacaq. Həmin klipi Türkiyənin kanalları da nümayiş etdirəcək.

Könül