“OPEC” görüşü iyulun ilk həftəsində ola bilər

opec-gorusu-iyulun-ilk-heftesinde-ola-biler
Oxunma sayı: 766

"OPEC"-ə (Neft ixrac edən ölkələrin təşkilatı) üzv dövlətlərin nümayəndələrinin görüşü iyul ayının əvvəlində keçirilə bilər.

“Qafqazinfo”nun Trend-ə istinadən verdiyi məlumata görə, bunu Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih Yaponiyada keçirilən G20 energetika və ekologiya nazirlərinin görüşü çərçivəsində deyib.

"OPEC"-in növbəti görüşü haqqında sualı cavablandırarkən nazir bildirib ki, "görüş yəqin ki iyul ayının ilk həftəsində keçiriləcək".

Nazir bu görüşdə "ölkələrin neft hasilatının azaldılması üzrə razılaşmanı uzatmaq üçün razılıq əldə edə biləcəklərinə" ümid etdiyi bildirib.