Orta məktəbdə qətliam: 27 nəfər qətlə yetirildi - Fotolar+Video

orta-mektebde-qetliam-27-nefer-qetle-yetirildi-fotolarvideo
Oxunma sayı: 679

Amerika Birləşmiş Ştatlarının Connecticut əyalətindəki Nyutoun şəhərində orta məktəbdə qətliam baş verib. “Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, məktəbə silahlı hücumda 27 nəfər qətlə yetirilib. Polis bildirib ki, öldürülənlərin 18-i uşaqdır.

Müəllimlərdən də biri vurulub və sliahlı hücum edən şəxs öldürülüb. Kimliyi açıqlanmayan qatilin məktəbdə təhsil alan uşaqlardan birinin atası olduğu bildirilib.