Ötən ay 1,5 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib

oten-ay-15-milyard-kilovatsaatdan-artiq-elektrik-enerjisi-istehsal-edilib
Oxunma sayı: 639

“Azərenerji” ASC-nin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, göstərilən həcmdən istilik elektrik stansiyalarının (İES) payına 1,3 milyard kilovatsaata yaxın, su elektrik stansiyalarının (SES) payına isə 0,2 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsalı düşür.

Bununla yanaşı, ay ərzində - Rusiya Federasiyası, Türkiyə, Gürcüstan və İran İslam Respublikası qonşu dövlətləri ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.

Mənbənin bildirdiyi digər bir məlumata görə, cari ilin ötən 5 ayı ərzində isə 9,5 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib. O cümlədən, İES-lərdə 8,5 milyard kilovatsaata yaxın, SES-lərdə isə 1 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib.


Nigar Məmmədli