Türkiyəyə köçən aktrisa Pərvin Abıyeva “Maşın” realiti şousuna qatılan rəfiqəsi Nərgiz Əliyevaya dəstək olub. “Qafqazinfo” xəbər verir ki, o, instaqram səhifəsində həmkarının şəklini paylaşaraq ona iradını bildirib:
“Mənim gözəlim, sonadək sənə dəstəyəm. Amma bir şərtlə ki, səhnəyə çıxdığın insanın yanında bir də durma! Sənə yaraşan insanların yanında dur”.
Qeyd edək ki, N. Əliyeva yarışmada səhnəyə aparıcı-aktrisa Aysel Nazimlə birgə çıxıb.
Xatırladaq ki, bir müddət bundan əvvəl Aysellə Pərvinin böyük qalmaqalı yaranmışdı. Pərvinin “Türkiyədə tanınan yeganə azərbaycanlı aktrisayam” ifadəsi qarşı tərəfi özündən çıxarmışdı.


Son xəbərlər
Son Xəbərlər