Əfqanıstanda 5,8 bal gücündə zəlzələ olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Bildirilib ki, zəlzələ ölkənin şimal-şərqində, Bədəxşan əyalətinin Curm rayonundan təxminən 35 kilometr cənubda qeydə alınıb. Yeraltı təkanların ocağı 186,4 kilometr dərinlikdə yerləşib.
Yerli mənbələrin, o cümlədən, “Tolo News” telekanalının yaydığı məlumata əsasən, Kabil Valiliyinin açıqlamasında bildirilib ki, zəlzələ nəticəsində paytaxtın Baqrami rayonunda bir evin uçması faciəyə səbəb olub. Hadisə zamanı 6 nəfər ölüb, 1 nəfərin isə itkin düşdüyü bildirilir.
Son xəbərlər
Son Xəbərlər