Pərvinlə Tunayın məhkəməsi oldu

pervinle-tunayin-mehkemesi-oldu
Oxunma sayı: 3232

Bu gün Səbail Rayon Məhkəməsində aktrisa Tunay Əliyeva ilə həmkarı Pərvin Abıyeva arasında məhkəmə çəkişməsi keçirilib. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Nurəddin Bağırovun icraatında olan prosesdə hər iki tərəfin iddia tələbləri təkrar dəqiqləşdirilib. 

Vəkillər linqvistik ekspertizanın keçirilməsi barədə vəsatət qaldırıblar. Vəsatətlə bağlı növbəti iclasda qərar veriləcək. 

Proses martın 5-də davam etdiriləcək. 

T.Əliyeva məhkəmədən tələb edir ki, Pərvin Abıyevanın işlətdiyi sözlər qanunsuz hesab edilsin, onun özü tərəfindən təkzib olunsun və üzr istəsin. Eyni zamanda, P.Abıyevadan 100 min manat tutulmaqla T.Əliyevaya ödənilməsi tələb edilir. 

Qeyd edək ki, T. Əliyeva sosial şəbəkədə P. Abıyevanı dəfələrlə tənqid etmiş, onun ünvanına nalayiq ifadələr yazmışdı.Hətta onu “1000 manatlıq fahişə” adlandırmışdı. 

Abıyeva isə instaqram səhifəsində Tunaya cavab olaraq onun pul qarşılığında oğlanlarla görüşdüyünü iddia etmişdi. 

Murad Əhməd