Polislər evə basqın etdi, 4 azərbaycanlı fahişə yaxalandı

polisler-eve-basqin-etdi-4-azerbaycanli-fahise-yaxalandi
Oxunma sayı: 3445

Türkiyənin Karabük əyalətində polislər fahişəliklə mübarizə tədbirləri çərçivəsində bir evə basqın təşkil ediblər.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, basqın nəticəsində 4 azərbaycanlı qadın saxlanılıb. 

Z.M adlı azərbaycanlı qadının öz evində ölkəyə qeyri-leqal yollarla daxil olan həmyerliləri M.I., L.I. və U.M.-u 100 TL qarşılığında fahişəliyə cəlb etdiyi məlum olub. Evdə qadınlardan başqa, iki müştəri də saxlanılıb. 

Azərbaycanlı 4 qadına və 2 kişiyə pul cəzası tətbiq edilib. İfadələri alındıqdan və tibbi yoxlamadan keçdikdən sonra qadınlar Azərbaycana deportasiya ediliblər.