Prezident orta məktəbin açılışında

prezident-orta-mektebin-acilisinda
Oxunma sayı: 1044

Prezident İlham Əliyev Bakının Xətai rayonundakı 257 nömrəli tam orta məktəbin yeni korpusunda yaradılan şəraitlə tanış olub.

“Qafqazinfo” xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yeni korpusda görülən işlər barədə dövlət başçısına məlumat verib.

Bildirib ki, məktəbin 1176 şagird yerlik mövcud korpusu 1974-cü ildən fəaliyyət göstərir. Məktəbdə 38 sinif, 3 informatika, 3 laboratoriya, idman və akt zalları, yeməkxana var. Bu təhsil ocağının mövcud korpusu Prezident İlham Əliyevin 2011-ci ildə imzaladığı Sərəncamla təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın Tədbirlər Planına uyğun olaraq əsaslı təmir edilib. Burada şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hərtərəfli şərait yaradılıb, otaqlar zəruri dərs vəsaitləri ilə təchiz edilib.

Məktəbin yeni tikilən korpusu üçmərtəbəlidir. Foyedə ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təhsil sahəsinə göstərdikləri diqqəti əks etdirən fotostend quraşdırılıb.