Prokurorluq ölən fəhlə ilə bağlı cinayət işi açıb

prokurorluq-olen-fehle-ile-bagli-cinayet-isi-acib
Oxunma sayı: 1733


Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, mayın 23-də saat 18:00 radələrində 1980-cı il təvəllüdlü, Ucar rayon sakini Kərimov Elşad Hacıağa oğlu "Sərhədçi" Mənzil Tikinti Kooperativi tərəfindən paytaxtın Xətai rayonu ərazisində inşa olunan hündürmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində işləyərkən yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.