Putin Türkiyəyə niyə gedir? - Politoloqdan şərh

putin-turkiyeye-niye-gedir
Oxunma sayı: 3355

Xəbər verdiyimiz kimi, 11 dekabrda Rusiya prezidenti Vladimir Putin dövlət başçısı Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, politoloq Elxan Şahinoğlu Putinin gözlənilən səfərini  şərh edib.

O bildirib ki, liderlər həmişəki kimi iki ölkə arasında həyata keçirilən böyük enerji layihələrindən danışacaqlar. Suriyada İŞİD terroruna son qoyulması da gündəm mövzusu olacaq.

E.Şahinoğlu son günlərin əsas gündəmi olan Qüds məsələsində Putinin ehtiyatlı davranacağını ehtimal edir:

“ABŞ prezidenti Donald Tramp Ərdoğan - Putin görüşünə yeni mövzu da verib, Türkiyə və Rusiya prezidentləri Vaşinqtonun Qüdsü İsrailin paytaxt kimi tanıması məsələsinə də toxunacaqlar. Putin bu məsələdə Ərdoğan qədər sərt mövqedə deyil. Ona görə də onun Ankarada bu məsələ ilə bağlı verəcəyi açıqlama bir qədər ehtiyatlı olacaq. Çünki Putin Ərdoğandan fərqli olaraq İsraillə münasibətləri korlamaq istəmir”.

Politoloq Dağlıq Qarabağ mövzusunda isə Ərdoğanın bu mövzunu israrla Putinlə geniş müzakirə edəcəyi proqnozlaşdırmır:

“Ərdoğan iki dəfə təşəbbüs göstərdi, Putin Qarabağı türkiyəli həmkarıyla müzakirə etməyə həvəs göstərmədi”.