Putin Ukraynaya humanitar yardım göndərir- - Qərar

putin-ukraynaya-humanitar-yardim-gonderir-
Oxunma sayı: 1184


“Qafqazinfo” itar-tass-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Avropa Komissiyasının sədri Xose Barrozo ilə telefon danışığında məlumat verib. 

Rusiya XİN rəhbəri Lavrov bu köməyin Kiyevlə razılaşdırılmış şəkildə aparıldığını bildirib. 

Ukrayna prezidenti Poroşenko isə hal-hazırda humanitar missiyanın Luqanska göndərilməsinin imkanları barədə danışıqlar aparır. 

Kreml-in mətbuat xidməti xəbər verir ki, Putin humanitar yardımın göndərilməsini belə izah edib:

“Kiyev hökumətinin cənub-şərq rayonlarında keçirdiyi hərbi əməliyyatların fəlakətli nəticələri və yaranmış böhran münaqişə zonasına humanitar yardımın təcili çatdırılmasını zəruri edir”.