Putinlə Ərdoğanın görüş tarixi və yeri açıqlandı

putinle-erdoganin-gorus-tarixi-ve-yeri-aciqlandi
Oxunma sayı: 1060

Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın yanvarın 23-də Moskvada görüşü keçiriləcək.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Ruisya prezidentinin köməkçisi Yuri şakov bildirib.

Onun sözlərinə görə, tərəflər Suriya məsələsini müzakirə edəcək və ABŞ qoşunlarının Suriyadan çıxmasını dəyərləndirəcək.