“Putinlə Qarabağ məsələsini müzakirə etdik” - Ərdoğan

“Putinlə Qarabağ məsələsini müzakirə etdik”
Oxunma sayı: 3147

“Biz Rusiya prezidenti Vladimir Putin ilə Dağlıq Qarabağ məsələsini müzakirə etdik”.

“Qafqazinfo” “Star”a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərinin nəticələrini şərh edərkən bildirib.

“Cənab Putinlə Dağlıq Qarabağ mövzusunu müzakirə etdik. Rusiyanın Ermənistan üzərində təsiri var. Yeddi rayondan beşinin qaytarılması ilə bağlı daha əvvəl verilən qərar var. (ərazilərin işğalı ilə bağlı BMT TŞ-nin qətnamələri - star.com.tr). Bu qərarların icra olunmasının zəruriliyini qeyd etdik. Cənab Putin bunun mümkün olduğunu hesab edir, lakin, fikrimcə, çox da ümidli deyil. Məncə, bu tərəflər arasındakı münasibətlərlə əlaqədardır”,-deyə Türkiyə prezidenti vurğulayıb.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar noyabrın 13-ü Soçidə keçirilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi