Qadınların hüquqlarını müdafiə edən 14 yaşlı qız güllələndi - Video

qadinlarin-huquqlarini-mudafie-eden-14-yasli-qiz-gullelendi-video
Oxunma sayı: 667

ANS PRESS-in məlumatına görə, yerli polis naməlum saqqallı bir kişi şagirdləri evə aparan məktəb avtobusuna daxil olaraq, kimin Məlalə olduğunu soruşub. Şagirdlərdən biri əli ilə Məlaləni göstərsə də, ictimai fəal bunu inkar edib. Bu səbəbdən silahlı hər iki qıza atəş açaraq hadisə yerini tərk edib. yetkinlik yaşına çatmamış Yusufzainin başından və boyun nayihəssində güllə yarası alıb. Xəstəxanaya yerləşdirilmiş yeniyetmə ictimai fəalın vəziyyətinin orta-ağır olduğu bildirilir. Qısa sonra "Taliban" qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

“Bu əxlaqsızlığın bir səhifəsi idi və biz səhifəni (birdəfəlik) qapadmalıyıq.” deyə terrorçu şəbəkənin sözçüsü Əhsanullah Əhsan telefon müraciətində bildirib. Qeyd edək ki, Minqora şəhərində yaşayan, yeniyetmənin Talibanın hədəfinə tuş gəlməsi təsadüfi olmayıb. Qızların təhsil alması ilə bağlı aksiyalar təşkil edən, onların maarifləndirilməsi istiqamətində fəallıq edən Yusufzai və onun ailəsi əvvəllər də Taliban tərəfindən xəbərdar edilib.

Hələ 11 yaşından ictimai fəaliyyətlə məşğul olan Məlalə Yusufzai, ilk öncə BBC-nin Urdu dilli səhifəsində blogger yazıları ilə tanınıb. İctimai fəal ötən il Hollanda təşkilatının təsis etdiyi Uşaqların Beynəlxalq Sülh Mükafatına layiq görülüb.