“Qalatasaray” liderliyə yüksəldi - Video

qalatasaray-liderliye-yukseldi
Oxunma sayı: 1273

Türkiyə Superliqasının 21-ci turunun oyunları keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Qalatasaray” öz meydanında “Antalyaspor”u qəbul edib. Qarşılaşma ev sahiblərinin 3-0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Qalatasaray” 3-0 “Antalyaspor”

Qollar: Qomis 14, 20; Feguli 38 (3-0)

Bu qələbə ilə xalını 44-ə çatdıran “Qalatasaray” turnir cədvəlində ilk pilləyə yüksəlib. "Başakşəhər" 43 xalla 2-ci, "Fənərbaxça" 41 xalla 3-cü pillədə qərarlaşıb.