“Qarabağ”la “Xəzər Lənkəran”ın yeni rəqibləri

qarabagla-xezer-lenkeranin-yeni-reqibleri
Oxunma sayı: 643

Qol.Az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 16:30-da İsveçrənin Nyon şəhərində atılacaq püşk nəticəsində Azərbaycan təmsilçiləri "Qarabağ"la "Xəzər Lənkəran"ın da rəqibləri müəyyənləşəcək.

Artıq UEFA komandaları ayrı-ayrı qruplara bölərək hər iki klubumuzun potensial rəqib sayını 5-ə endirib. Təmsilçilərimiz püşk zamanı səpələnməmişlər qrupunda yer alacaqlar ki, bu da onların özlərindən daha yüksək reytinqlilərlə üz-üzə gəlmə ehtimalını artırır. Amma bundan ötrü "Qarabağ" Farer adalarının "Streymur", "Xəzər Lənkəran" isə İsrailin "Makkabi" (Təl-Əviv) klublarını keçməlidir.

2-ci qrupda yer alan "Xəzər Lənkəran" / "Makkabi" cütünün potensial rəqibləri:
AZ (Hollandiya)
"Rudar" (Makedoniya) / "Austriya" (Avstriya)
"Bursaspor" (Türkiyə)
"Jelezniçar" (Bosniya və Herseqovina) / "Şerif" (Moldova)
"Suduva" (Litva) / "Elfsborq" (İsveç)

5-ci qrupda yer alan "Qarabağ" / "Streymur" cütünün potensial rəqibləri:
"Brügge" (Belçika)
"Metallurq" (Latviya) / "Zalsburq" (Avstriya)
"Maynts" (Almaniya)
"Helsinqborq" (İsveç)
"Rad" (Serbiya) / "Olimpiakos" (Volu, Yunanıstan)
Qeyd edək ki, oyunlar iyulun 28-də və avqustun 4-də keçiriləcək.

Minə