“Qaradağ Sement” adını dəyişdi

qaradag-sement-adini-deyisdi-
Oxunma sayı: 700

“Qafqazinfo”nun məlumatına görə, “Holcim” adı şirkətin hüquqi adının dəyişməsində öz əksini tapacaq, həmçinin bütün məhsul, marketinq və korporativ materialları, zavodun və şəhərdə yerləşən ofisin xarici və daxili loqotiplərində yerləşdiriləcək.

Artıq şirkət haqqında bütün zəruri məlumat şirkətin yeni saytında www.holcim.az yerləşəcək ki, burada hər kəs öz sualını verib cavab ala biləcək. Bundan əlavə yerli tərəfdaşlar, istehlakçılar və KİV nümayəndələri sözügedən korporativ sayt vasitəsilə öz sorğularına cavab ala biləcəklər. Əməkdaşların korporativ elektron ünvanları müvafiq olaraq holcim.az ilə əvəzlənəcək.

Qeyd edək ki, Holcim (Azərbaycan) dünyanın aparıcı sement təchizatçılarından olan Holcim Qrupunun bir hissəsidir.

Holcim dünyanın aparıcı sement və digər tikinti materialları (qırma daş, çınqıl və qum), həmçinin beton qarışığı və asfalt təchizatçısıdır. Qrup bütün qitələr üzrə 70-dən çox ölkədə böyük və kiçik sərmayə paylarına malikdir.

Nigar Məmmədli