Qazaxda torpaq uçdu - Ölən və yaralanan var

qazaxda-torpaq-ucdu
Oxunma sayı: 2431

Qazax rayonunda torpaq uçqunu baş verib.

“Qafqazinfo”nun məlumatına görə, rayonun Qarapapaq kəndi ərazisində kanalizasiya xəttinin çəkilişi üçün torpaq qazıntısı zamanı uçqun olub. Nəticədə fəhlə işləyən 1983-cü il təvəllüdlü Qazax rayon sakini Qocalı Gündüz Məşədi oğlu torpaq altında qalaraq dünyasını dəyişib. Xəsarət alan 1970-ci il təvəllüdlü Ağstafa rayon sakini Məmmədov Niftəli isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli