Qənirə Paşayeva prezidentlə görüşdü

qenire-pasayeva-prezidentle-gorusdu
Oxunma sayı: 747

“Qafqazinfo”nun məlumatına görə, Q. Paşayeva ŞKTC-nin prezident sarayında ŞKTC-nin əfsanəvi lideri və qurucu prezidenti Rauf Denktaşla vida mərasimində iştirak edib. Daha sonra millət vəkili ŞKTC-nin prezidenti Dərviş Əroğlu və Baş nazir İrsen Küçüklə görüşərək onlara ŞKTC-nin qurucu lideri Rauf Denktaş ölümü ilə bağlı başsağlığı verib və Azərbaycan xalqının kədərinin çatdırıb. Millət vəkili bildirib ki, Azərbaycan xalqı Türk dünyasının qəhraman oğullarından və böyük liderlərindən olan Rauf Denktaşı dünyasını dəyişməsindən çox üzgündür. O, prezident sarayında qoyulmuş xatirə kitabına Rauf Denktaş haqqında düşüncələrini də yazıb. Qənirə Paşayeva həmçinin ŞKTC-nin BRT, Kanal T televiziya kanallarında çıxış edərək Rauf Denktaş barədə, Azərbaycanlıların ona sevgi və sayğısı haqqında və özünün onunla bağlı xatirələrindən danışıb. ŞKTC-nin bir sira agentlikləri və qəzetlərində də millət vəkilinin fikirləri öz əksini tapıb.