Qənirə Paşayeva Türkiyədə olacaq

qenire-pasayeva-turkiyede-olacaq
Oxunma sayı: 657

“Qafqazinfo”nun məlumatına görə, fevralın 23-də Qazi Universitetində, fevralın 24-də Hacettepe Universitetində, fevralın 25-də Ortadoğu Texnik Universitetində Xocalı Soyqırımının 20-ci ildönümü ilə əlaqədar anım tədbirlərində çıxış edəcək.

Qənirə Paşayeva fevralın 26-da İstanbulun Taksim meydanında keçiriləcək “Qəlbimizdə Xocalılı, hamımız Qarabağlı” adlı mitinq-yürüşdə də iştirak edəcək. O, həmçinin fevralın 29-da Gebze Universitetində Xocalı Soyqırımı ilə bağlı keçiriləcək konfransda da çıxış edəcək.

Tədbirlərin keçirilməsində məqsəd Xocalı Soyqırımı, Dağlıq Qarabağ həqiqətlərinin daha geniş şəkildə yayılmasına nail olmaq, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Ermənistanın 20 ildən artıqdır ki 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verməkdir.

Qeyd edək ki, tədbirlər çərçivəsində millət vəkili Qənirə Paşayeva və Qarabağın Azərbaycanlı İcmasının üzvü, sabiq millət vəkili Havva Məmmədovanın yazdığı və Türkiyə türkcəsində çap olunmuş "Hocalı Soykırımı: Tanıkların dilinden" kitabının təqdimatı da keçiriləcək.

Sədan