Qəzada yeniyetmə bacı-qardaş yaralandı

qezada-yeniyetme-baci-qardas-yaralandi
Oxunma sayı: 630

Anspress xəbər verir ki, ötən gecə Bakının Xətai rayonu ərazisində iki azyaşlının xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Babək prospektində qeydə alınmış avtoqəza zamanı şəhərdən Xalqlar Dostluğu istiqamətində hərəkətdə olan “Qaz 31105” markalı avtomaşın qəzaya uğrayıb. Hadisə nəticəsində minik maşınında olan iki azyaşlı sərnişin – 12 yaşlı Tacir Paşayev və 16 yaşlı Zahirə Paşayeva xəsarət alaraq 1 saylı xəstəxanaya yerləşdiriliblər. Yol qəzasının səbəbləri Xətai rayon polis idarəsinin əməkdaşları tərəfindən araşdırılır.

Məlumata görə, idarəetmədən çıxan avtomobil sürüşərək yol kənarındakı reklam lövhəsinə çırpılıb. Qəzanın baş verdiyi ünvanda araşdırmalar aparan polis əməkdaşlarının ilkin qənaətinə görə isə, avtoqəza yüksək sürət nəticəsində meydana gəlib.

Faktla bağlı araşdırmalar aparılır. Hadisə yerinin müayinəsi və şahid ifadələri əsasında, eyni zamanda iş üzrə təyin ediləcək ekspertizaların rəyindən sonra yol qəzasının hansı şəraitdə baş verməsinə də aydınlıq gətiriləcək.