QMİ bəyanat verdi

qmi-beyanat-verdi
Oxunma sayı: 1052


İdarədən “Qafqazino”ya daxil olan bəyanatda bildirilir ki, Azərbaycan xalqının tarixi yaddaşına dərin hüzn, kədər, eyni zamanda, milli qürur günü kimi həkk olunmuş 20 yanvar ərəfəsindəyik. 24 ildir ki, şəhid olanların, yaralananların, itkin düşənlərin ağrı-acısı qəlbimizdədir. Bizim yaddaşımız - Azərbaycanın müstəqilliyi, dövlətçiliyimizin bərpası, torpaqlarımızın qaytarılması və ateist imperiyanın dağılması uğrunda mübarizənin ilk qurbanlarına – Allah-təala dərgahında  ən yüksək məqamlardan sayılan şəhidlik zirvəsinə ucalanlara sonsuz ehtiramımızdır.

Biz bu gün də təəssüf edirik ki, bu faciə beynəlxalq aləmdə mövcud olan ikili yanaşmalar səbəbindən tam hüquqi qiymətini almayıb, cinayətkarlar məsuliyyətə cəlb olunmayıb və Azərbaycan xalqının cəlladları layiqli cəzalarını almayıblar. Lakin əminik ki, onlar Allah-taaalanın və Tarixin mühakiməsindən qaça bilməyəcəklər. 

Dini mərkəz olaraq bəyan edirik ki, 20 Yanvar günü bütün məscidlərdə və dini məclislərdə şəhidlərin şəninə xütbələr deyiləcək, onların əziz ruhlarına Quran oxunacaq, dualar ediləcək, gənclərə Vətən, Haqq, Ədalət uğrunda, Qarabağ uğrunda haqq mübarizəmizdə qəhrəmanlıq ruhu təbliğ ediləcəkdir. Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar şəhidlərinin, eləcə də Vətənimizin bütövlüyü, milli müstəqilliyimiz və Qarabağ ugrunda canlarını fəda etmiş bütün şəhidlərin ailələrinə dərin hüznlə başsağlığı verir, onlara Allahdan səbr və dəyanət arzulayır.