Quba sakini qəbiristanlıqda qətlə yetirilib

quba-sakini-qebiristanliqda-qetle-yetirilib
Oxunma sayı: 1632

Quba rayonunun Qırmızı Slaboda qəsəbə sakini Şüşan Sumxayevanı döyərək aldığı xəsarətlərdən ölümünə səbəb olan Mişi Miqirov saxlanılıb. 

"Qafqazinfo" DİN-ə istinadən xəbər verir ki, aprelin 17-də Quba rayonunun Qırmızı Slaboda qəsəbəsində yerləşən qəbiristanlıqda qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mişi Miqirov həmyerlisi Şüşan Sumxayevanı döyüb. Nəticədə xəstəxanaya yerləşdirilən Ş.Sumxayeva orada ölüb. 

Quba RPŞ-nin əməkdaşları tərəfindən M.Miqirov saxlanılıb. 

Araşdırma aparılır.