Qurban Qurbanov narazı qaldı

qurban-qurbanov-narazi-qaldi
Oxunma sayı: 636

Azerisport.az xəbər verir ki, çalışdırıcı belaruslu Dmitri Rekiş və xorvat İqor Yüqoviçin oyunundan razı qalmayıb.

Qurbanov Qazaxıstanın “Taraz” klubu ilə Rekişə start heyətində, Yüqoviçə isə ikinci yarıda şans verib. Lakin bu futbolçuların oyunu baş məşqçini razı salmayıb. Onların geri qaytarılması gözlənilir. Lakin Qurban bəyin bu oyunçulara bir dəfə də şans verməsi mümkündü.

Qurbanov sözügedən oyundan sonra saytımıza açıqlamasında bunları dilə gətirib: “Komanda istirahətdən yenicə qayıdıb. Deyə bilərəm ki, hələ tam hazır deyilik. Bəzi oyunçuları yoxlayırdıq. Birinci hissədəki heyət normal oynadı. Amma kobud səhv nəticəsində qapımızda qol gördük. Rekişlə Yüqoviçin oyunundan narazıyam. Onları sadəcə yoxlayırıq. İstisna deyil ki, hər ikisindən imtina edək. Baxışa yeni futbolçular da gələcəklər. Vaqif Cavadovla Eltun Yaqubluya gəlincə, onlar hələ tam hazır deyildilər. Amma qarşıdakı oyunlarda onları da sınayacağıq”.