Qurbanov mükafatlandırma mərasiminə qatılmadı

qurbanov-mukafatlandirma-merasimine-qatilmadi
Oxunma sayı: 653

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mükafatlandırma mərasiminə qatılmayıb.

"Qafqazinfo" xəbər verir ki,  “Qarabağ” – “Sumqayıt” qarşılaşmasından sonra Topaz Premyer Liqasında 2016/2017-ci il mövsümünün qalibi olan “Qarabağ” qızıl medallarına və kubokuna qovuşub.

Medalını almayan qələbənin memarı, klubun baş məşqçisi Qurban Qurbanov isə mükafatlandırma mərasimini də kənardan izləyib.

Xatırladaq ki, aprelin 18-i Qurbanovun anası vəfat edib.