Ramil Usubovdan yeni rəis təyinatı

ramil-usubovdan-yeni-reis-teyinati
Oxunma sayı: 11341

Xızı Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni təyinat olub.

"Qafqazinfo" Avtosfer.az-a istinadən xəbər verir ki, daxili işlər naziri Ramil Usubovun əmri ilə sözügedən vəzifəyə polis-kapitanı Əsədov Fizuli Paşa oğlu təyin olunub.

Qeyd edək ki, F. Əsədov indiyə kimi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayında tağım komandiri vəzifəsində çalışıb.