Rauf Əliyevin Qəbələdə bitən həsrəti

rauf-eliyevin-qebelede-biten-hesreti
Oxunma sayı: 638

"İnter" ilyarımlıq fasilədən sonra Qəbələdə qol vurub. “Qafqazinfo” xəbər verir ki, Zaur Svanadzenin komandası bunu Topaz Premyer Liqasının XXXVII turunun hazırda "Qəbələ" ilə davan edən səfər matçının 3-cü dəqiqəsində reallaşdırıb. Onun müəllifi qonaqların bombardiri Rauf Əliyev qol olub. Təcrübəli hücumçu kapitan sarğısını daşıdığı matçda erkən qolla hesabı açıb. 

"İnter" rəqibi ilə səfər matçında sonuncu qolunu ötən mövsüm vurub. Bu, 2015-ci ilin noyabrın 9-da Svanadzenin baş məşqçi kimi Qəbələdə ilk matçında olub. Onda oyun 1:1 hesabı ilə nəticələnmişdi. "İnter" bundan sonra "Qəbələ" ilə 3 səfər matçında rəqib qapısına yol tapa bilmirdi. 

Raufun qolu nə qədər erkən qol olsa ad, bu, cari çempionaın rekordu deyil. Çünki bu rekord 2-ci dəqiqəyə məxsusdu. Özü də bu, 2 dəfə olub və 1-i elə "İnter"ə aiddi. Onun müəllifi "Sumqayıt"la səfər matçında fərlqənən braziliyalı müdafiəçi Denis Silvadı. Digəri isə AZAL-ın qapısına həmin dəqiqədə yol tapan "Qarabağ"ın braziliyalı sabiq hücumçusu Reynaldo Silvaya məxsusdur. Bunların legionerlər olduğunu nəzərə alsaq, Rauf ən erkən qol vuran azərbaycanlı futbolçudu.

Xatırladaq ki, cari çempionatda hesabına 10-cu qolu yazan Əliyev eyni zamanda ən sərrsat yerli oyunçumuzdu.