Rəqqasəni Əlcəzairə dəvət etdilər

reqqaseni-elcezaire-devet-etdiler
Oxunma sayı: 646

Yenicə vətənə qayıdan rəqqasə Fatimə səfər barədə öz təəssüratlarını “Qafqazinfo” ilə bölüşüb: “Bildiyiniz kimi biz Misir Mədəniyyət Mərkəzinin təşkil etdiyi 19-26 aprel tarixilərində Qahirədə keçirilən "Milli Folklor və Zərb alətləri" adlı Beynəlxalq Festivala dəvətli idik. Rəqqas İlhamla mən ənənəyə görə bu festivala milli geyimdə qatılmalı və milli rəqslərimizi nümayiş etdirməli idik. Elə də etdik. Deyərdim ki, çıxışımızı uğurla yekunlaşdırdıq. Çıxışımızdan dərhal sonra bir neçə ölkənin nümayəndə heyəti bizi öz ölkələrinə dəvət ediblər. İlk rəsmi dəvət isə Əlcəzairdən gəldi. Daha sonra bizi Misir Dövlət Televiziyasının canlı efirinə dəvət etdilər. Biz orada ekspromt olaraq Azərbaycan milli rəqsi olan “Naz eləmə” rəqsini nümayiş etdirdik”.

Rəqqasə deyib ki, onlar Bakıda fəaliyyət göstərən Misir Mədəniyyət Mərkəzinin on nəfərlik nümayəndə heyəti ilə yanaşı əməkdar artist Yasəf Eyvazov, zərb alət ifaçısı Can Şimşək, tar ifaçısı Tahir, skripkaçı Ramin və təşkilatçı Pərvində onlarla bir yerdə olub.

Qeyd edək ki, hər il keçirilən bu festivalda ötən il 23 ölkə milli folklorlarını nümayiş etdirib.