Roza Zərgərli erotik klipini təqdim etdi- - Fotolar+Video

roza-zergerli-erotik-klipini-teqdim-etdi-
Oxunma sayı: 37875


“Qafqazinfo”nun məlumatına görə, müğənni sənət dostlarını başına toplayaraq "UC-Kuduk" özbək qrupunun solisti Ziyad İşanxocayevlə səsləndirdiyi “Tı i ya” mahnısının klipini nümayiş etdirib. Təəssüratlarını bölüşən sənətçi klipin ona hədiyyə olunduğunu bildirib: “Klip yayımlanmamışdan öncə görüntülənən sevişmə səhnələri izləyicilərin diqqətini çəkmişdi. Bəziləri düşünmüşdü ki, bu kadrlardakı mənəm. Lakin mən azərbaycanlı xanımıyam, sevişmə səhnəsinə çəkilsəydim, qınaq obyekti olacaqdım. Klip Rusiya və Azərbaycan tamaşaçısı üçün iki versiyada hazırlanıb. Azərbaycan tamaşaçısı üçün təqdim ediləcək klipdə açıq-saçıq səhnələr yığışdırılıb. İstəmirəm qoca və ya uşaq kanallarımıza baxanda klipimdəki sevişmə səhnələri ilə qarşılaşsın. Klip mənə hədiyyə olunub, 70 min dəyəri var. İndiyə kimi belə bahalı klipim olmamışdı, amma bundan sonra kliplərimə böyük məbləğlər sərf edəcəm”. 

Qeyd edək ki, mərasimə müğənnilər Emil Bədəlov, Elnur Məmmədov, Elmira Ələkbərzadə, Zarina, prodüser Təranə Səmədova, Ataş Hüseynov, rəqqasə Fatimə, Aşıq Samirə və media nümayəndələri qatılıb.