Ruhi holdinq rəhbəri oldu - Video + Fotolar

ruhi-holdinq-rehberi-oldu
Oxunma sayı: 27040

Azərbaycanın tanınmış biznes leydisi Ruhi Əliyeva holdinq yaradıb. “Qafqazinfo” xəbər verir ki, “Liatris” adlanan şirkətin ötən gün açılışı baş tutub. 

Tədbirdə iş adamları, incəsənət nümayəndələri və media təmsilçiləri iştirak edib. Holdinqin rəhbəri Ruhi Əliyeva isə mətbuata açıqlamasında şirkətin faəliyyəti barədə danışıb:

“Holdinqin tərkibində çox şeylər olacaq. Məsələn, moda ilə bağlı çox geniş bir layihəmiz var. Bilirsiz ki, zinət əşyalarının satışını həyata keçirən butikimiz var. Yenə də, onun bir qolu olaraq moda sahəsi ilə bağlı işlər görəcəyik. İnanıram ki, üzümüzə gələn il açılışını edəcəyik. Hələ tam açıqlamaq istəmirəm. 

Bundan əlavə, ““Liatris Travel” da holqindin tərkibinə daxildir. Yay fəslində bir neçə rəfiqələrimlə istirahət etdik. Turizm şirkətlərində çox boşluqlar gördüm.  Biz turizm sahəsində çalışan peşəkar insanlarla görüşdük və onlarla da bu məsələni müzakirə etdik. Məqsədimiz bu sahədə olan boşluqları doldurmaqdır. Böyük komanda ilə çalışırıq. Biz bu işi səliqəli və sərfəli şəkildə həyata keçirəcəyik. “Liatris Travel” "Liatris Holding" şirkətlər qrupuna aid olan tibbi və səyahət şirkəti 2018-ci ildən olaraq Azərbaycanda və Dünyanın istənilən ölkəsində Tibbi, İstirahət və Biznes səyahətlərinin təşkilində aktiv və yenilikçi şirkətdir”.

İş xanımı tibbi turizmin faydalarından söhbət açıb: ““Liatris” Turizm şirkəti Türkiyədə müayinə və müalicə xidmətlərinin yüksək səviyyədə təşkilatçılığını həyata keçirir. Əgər sizin sağlamlığınızla bağlı şikayətləriniz varsa və yerli xəstəxanalarda istədiyiniz nəticəni ala bilmirsinizsə, aşağıdakı formu dolduraraq öz şikayətlərinizi bizə yazın. Biz sizə müvafiq sahə üzrə Türkiyədə ixtisaslaşmış xəstəxanaların ən təcrübəli həkimlərindən pulsuz tibbi rəy alacağıq.

Beynəlxalq standardlarda xidmət göstərən tibb müəssisələrində endirimli qiymətlərlə müayinə və müalicə xidmətlərindən yararlana bilərsiniz. Belə ki, bizim müştərilərimizə təklif edilən qiymətlər xəstəxanaya fərdi müraciət əsasında alınan qiymətlərdən daha münasibdir. Onu da qeyd edim ki, tibbi konsultasiya, transfer, tərcümə-bələdçilik xidmətlərinə görə müştərilərimizdən əlavə ödəniş tələb edilmir. Xaricdə müalicə olunmaq istəyən insanların nəzərinə çatdırırıq ki, artıq "Liatris" Travel şirkəti Israil, Almaniya və həmçinində Türkiyədə müayinə və müalicə xidmətlərinin yüksək səviyyədə təşkilatçılığını həyata keçirir”.

Ünvan: Bakı, Nəsimi rayonu, Həzi Aslanov  küçəsi 14

Əlaqə: (+994 12) 498-1777
           (+994 55) 260-1777

            *1777

İnstaqram: @liatris_travel