Rus nazir Azərbaycana məsləhət verdi

rus-nazir-azerbaycana-meslehet-verdi
Oxunma sayı: 1233


“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, belə bir fikirlə Rusiyanın regional inkişaf naziri İqor Slyunyayev çıxış edib: “Avrasiya İqtisadi Birliyi nəinki iqtisadi, eyni zamanda siyasi sahədə strateji layihədir. Bu səbəbdən Azərbaycanın bu birliyə və ya Gömrük İttifaqına qoşulması çox real perspektivdir. Mən hadisələrin bu cür inkişafını istisna etmirəm”. 

Qeyd edək ki, mayın sonlarında Rusiya, Belarus və Qazaxıstan prezidentləri Ali Avrasiya İqtisadi Şurasının iclasında Avrasiya İqtisadi Birliyinin yaradılması ilə bağlı saziş imzalamışdılar.