Rusiyada azərbaycanlı yumruq zərbəsi ilə öldürüldü - Video

rusiyada-azerbaycanli-yumruq-zerbesi-ile-olduruldu
Oxunma sayı: 5054

Rusiyanın Sverdlovsk vilayətinin Nijnie Serqi rayonunda Rufulla adlı 49 yaşlı Azərbaycan vətəndaşı dava zamanı öldürülüb.

“Qafqazinfo”nun “E1.ru” saytına istinadən verdiyi xəbərə görə, dava iyunun 22-də barların birində baş vermiş qalmaqaldan sonra başlayıb. 

Məlumata görə, dava rayon sakinləri olan azərbyaycanlılar və ruslar arasında yaranıb. 

Qeyd olunur ki, gecə klubunda Rufulla və digər azərbaycanlı dostlar Aleksandr adlı kişini döyüblər. O isə növbəti gün qisas məqsədilə Rufullaya yumruq zərbəsi endirib. Aleksandr yerə yıxılan Rufullaya kömək etmək istəsə də, sonuncu dünyasını dəyişib.

Həkimlər xəstəxanaya yerləşdirilən Azərbaycan vətəndaşının aldığı zərbədən yox, ürəyindəki problemlə bağlı vəfat etdiyini bildiriblər.

Nəşr yazır ki, insidentdən sonra Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) əməkdaşları Nijnie Serqi rayonuna cəlb olunub, lakin hazırda onlar rayonu tərk ediblər.