Rusiyadan ABŞ-a cavab - “Seçdiyimiz yoldan döndərə bilməyəcəklər”

rusiyadan-abs-a-cavab
Oxunma sayı: 1346

Xəbər verdiyimiz kimi, ABŞ aralarında 7 oliqarx, 19 dövlət məmuru olmaqla 38 nəfəri və 12 şirkəti sanksiya tətbiq olunanlar siyahısına daxil edib.

“Qafqazinfo” xəbər verir ki, Rusiya xarici İşlər Nazirliyi bu qərarı Rusiya və ABŞ arasında iqtisadi əməkdaşlığa zərbə kimi qiymətləndirib.

Nazirlikdən bildirilib ki, heç bir təzyiq vasitəsi Rusiyanı seçdiyi yoldan döndərə bilməyəcək:

“Təbii ki, Rusiyaya edilən bütün hücumlara sərt şəkildə cavab verəcəyik. Lakin, bundan öncə rəsmi Vaşinqtona bizimlə sanskiya üsulu ilə danışmaqdan əl çəkmələrini tövsiyə edirik”.

Açıqlamada qeyd edilib ki, 2011-ci ildən bu günə qədər ABŞ Rusiyaya 50-dən çox sanksiya tətbiq etsə də, heç birindən nəticə əldə olunmayıb.