Rusiyanın KTMT-də daimi nümayəndəsi təyin olundu

rusiyanin-ktmt-de-daimi-numayendesi-teyin-olundu
Oxunma sayı: 660

Rusiyanın MDB-dəki Daimi Nümayəndəliyinin rəhbəri  Andrey Şvedov bu ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) daimi və səlahiyyətli nümayəndəsi təyin olunub. “Qafqazinfo” xəbər verir ki, bu barədə prezident Vladimir Putin müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, KTMT-yə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan üzvdür.