Rüşvət deyil, rüsumdur – Siyahı

rusvet-deyil-rusumdur-siyahi-
Oxunma sayı: 785


Daxili İşlər Nazirliyi


Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün Azərbaycan Respublikasında daimi yaşayan, vətəndaşlığı olmayan şəxsə şəxsiyyət vəsiqəsinin verilməsi - 11 manat
Şəxsiyyət vəsiqəsinin verilməsi (16 yaşınadək) - pulsuz
Şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi (10 gün) - 1 manat
Şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi (3 iş günü) - 10 manat
Ümumvətəndaş pasportunun verilməsi və dəyişdirilməsi (1 ay) - 40 manat
Ümumvətəndaş pasportunun verilməsi və dəyişdirilməsi (5 iş günü) - 120 manat
Sürücülük vəsiqəsinin dəyişdirilməsi - 18 manat
Məhkumluq barədə arayışın verilməsi - pulsuz

Əmlak Məsələləri Dövlət Komitəsi

Mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi - 30 manat (20 günə verildikdə 20 manat x/h, 14 günə verildikdə 30 manat x/h, 7 günə verildikdə 40 manat x/h )

Vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında əldə edilmiş daşınmaz əmlakın qeydiyyatı - 20 manat (20 günə verildikdə 20 manat x/h, 14 günə verildikdə 30 manat x/h, 7 günə verildikdə 40 manat x/h)

Daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi - 10 manat (5 günə verildikdə 20 manat x/h, 2 günə verildikdə 40 manat x/h)

Vergilər Nazirliyi

Bankların, birjaların, sığortaçıların, sığorta birlikləri və brokerlərinin qeydiyyatı - 220 manat
Kənd təsərrüfatı sahəsində fəaliyyəti həyata keçirən hüquqi şəxslərin qeydiyyatı - 3 manat
Digər hüquqi şəxslərin qeydiyyatı - 11 manat
Fiziki şəxslərin sahibkarlıq uçotuna alınması - pulsuz

Milli Arxiv İdarəsi

Hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi - Pulsuz

Dövlət Miqrasiya Xidməti


Müvəqqəti yaşamaq üçün icazə ilə bağlı sənədlərin verilməsi (3 ayadək) - 30 manat

Müvəqqəti yaşamaq üçün icazə ilə bağlı sənədlərin verilməsi (6 ayadək) - 60 manat
Müvəqqəti yaşamaq üçün icazə ilə bağlı sənədlərin verilməsi (1 ilədək) - 120 manat
Müvəqqəti yaşamaq üçün icazə ilə bağlı sənədlərin verilməsi (tələbələr üçün illik) - 40 manat

Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin verilməsi və müddətinin uzadılması - 300 manat
Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə itirilmiş Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələrinin və müvəqqəti olma
müddətinin uzadılması barədə qərarın yenidən verilməsi – 10 manat

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi

Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi - pulsuz

Dövlət Sosial Müdafiə Fondu

Əmək pensiyalarının təyin edilməsi pulsuz
ƏDLİYYƏ NAZİRLİYİ (Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı) Xidmətin adı Rüsumlar
Doğumun qeydə alınması - pulsuz
Ölümun qeydə alınması - pulsuz
Nikahın qeydə alınması - 5 manat
Nikahın pozulmasının qeydə alınması (yetkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı əsasında) - 15 manat
Nikahın pozulmasının qeydə alınması (məhkəmə qətnaməsi əsasında ) - 15 manat
Nikahın pozulmasının digər xüsusi hallarda qeydə alınması - 2 manat
Övladlığa götürmənin qeydə alınması - Pulsuz
Atalığın müəyyən edilməsinin qeydə alınması - Pulsuz
Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması - 10 manat
Vətəndaşlıq vəziyyəti aktlarının qeydlərində dəyişikliklərin, düzəlişlərin və əlavələrin edilməsi və onların bərpası ilə əlaqədar şəhadətnamələrin verilməsi - 2 manat
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnəmələrin (təkrar şəhadətnamələrin) verilməsi - 2 manat

(Notariat fəaliyyəti)

Daşınmaz əmlakın və ya mülkiyyətində daşınmaz əmlak olan müəssisədəki payın özgəninkiləşdirilməsi barədə müqavilənin təsdiqi (müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, nəvənin, qardaşın, bacının mülkiyyətinə keçirsə) - 20 manat (3 manat x/h)

Daşınmaz əmlakın və ya mülkiyyətində daşınmaz əmlak olan müəssisədəki payın özgəninkiləşdirilməsi barədə müqavilənin təsdiqi (müqavilə üzrə əmlak başqa şəxslərin mülkiyyətinə keçirsə-Bakı şəhərində) - 200 manat (30 manat x/h)

Daşınmaz əmlakın və ya mülkiyyətində daşınmaz əmlak olan müəssisədəki payın özgəninkiləşdirilməsi barədə müqavilənin təsdiqi (müqavilə üzrə əmlak başqa şəxslərin mülkiyyətinə keçirsə-digər şəhər və rayonlarda) - 80 manat (12 manat x/h)

Daşınmaz əmlak barədə müqavilənin təsdiqi (yaşayış sahələrinin müvəqqəti istifadəyə verilməsi üçün) - 20 manat (3 manat x/h)

Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi müqaviləsinin təsdiqi (müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, nəvənin, qardaşın, bacının mülkiyyətinə keçirsə) - 25 manat (3,75 manat x/h)

Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi müqaviləsinin təsdiqi (müqavilə üzrə əmlak digər şəxsin mülkiyyətinə keçirsə) - 50 manat (7,5 manat x/h)

Yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin müddətsiz istifadəyə verilməsi haqqında müqavilənin təsdiqi (müqavilə üzrə istifadə hüququ ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya keçirsə) - 10 manat (1,50 manat x/h)
Yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin müddətsiz istifadəyə verilməsi haqqında müqavilənin təsdiqi (müqavilə üzrə istifadə hüququ digər şəxsə keçirsə) - 15 manat (2,25 manat x/h)

İpoteka müqaviləsinin təsdiqi (dəyəri 2000 manatadək) - 5 manat (0,75 manat x/h)

İpoteka müqaviləsinin təsdiqi (dəyəri 2000 manatdan 5000 manatadək) - 20 manat (3 manat x/h)

İpoteka müqaviləsinin təsdiqi (dəyəri 5000 manatdan çox olduqda) - 30 manat (4,50 manat x/h)

İpoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi (Bakı şəhərində) - 110 manat (16,5 manat x/h)

İpoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi (digər şəhər və rayonlarda) - 44 manat (6,6 manat x/h)

Qanunvericilikdə nəzərdə tutulmuş güzəştli ipoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi (Bakı şəhərində) - 55 manat (8,25 manat x/h)

Qarışıq müqavilənin təsdiqi (qanunvericilikdə nəzərdə tutulmuş güzəştli ipoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün-digər şəhər və rayonlarda) - 22 manat (3,3 manat x/h)

Vəsiyyətnamələrin təsdiqi - 10 manat (1,50 manat x/h)

Qiymətləndirilən başqa müqavilələrin təsdiqi (tərəflər ər (arvad), uşaqlar, valideynlər, baba, nənə, nəvə, qardaş, bacıdan ibarətdirsə) - 10 manat (1,50 manat x/h)

Qiymətləndirilən başqa müqavilələrin təsdiqi (tərəflərdən biri kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və ya hüquqi şəxsdirsə) - 10 manat (1,50 manat x/h)

Qiymətləndirilən başqa müqavilələrin təsdiqi (tərəflər digər fiziki və hüquqi şəxsdirsə) - 80 manat (12 manat x/h)

Əmlak bölgüsü, zaminlik, təsis və başqa qiymətləndirilməyən müqavilələrin, əvvəllər bağlanmış müqavilələrin ləğvi barədə sazişin təsdiqi (tərəflər ər (arvad), uşaqlar, valideynlər, baba, nənə, nəvə, qardaş, bacıdan ibarətdirsə) - 10 manat (1,50 manat x/h)

Əmlak bölgüsü, zaminlik, təsis və başqa qiymətləndirilməyən müqavilələrin, əvvəllər bağlanmış müqavilələrin ləğvi barədə sazişin təsdiqi (tərəflər digər şəxslərdirsə) - 20 manat (3 manat x/h)

Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və ona sərəncam verilməsi ilə bağlı verilən etibarnamələrin təsdiqi (etibarnamə ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya verilərsə) - 10 manat (1,50 manat

Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və ona sərəncam verilməsi ilə bağlı verilən etibarnamələrin təsdiqi (etibarnamə digər şəxslərə verilərsə) - 20 manat (3 manat x/h)

Nəqliyyat vasitələrindən istifadə edilməsi və başqa etibarnamələrin təsdiqi (etibarnamə ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya verilirsə) - 5 manat (0,75 manat x/h)

Nəqliyyat vasitələrindən istifadə edilməsi və başqa etibarnamələrin təsdiqi (etibarnamə digər şəxslərə verilirsə) - 10 manat (1,50 manat x/h)

Vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi (şəhadətnamənin qanun üzrə və ya vəsiyyətnamə üzrə verilməsindən asılı olmayaraq) - 20 manat

Vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi (vərəsə digər şəxsdirsə) - 40 manat

Ər-arvadın birgə nikah müddətində əldə etdikləri ümumi birgə əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələrin verilməsi - 10 manat
Sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi (hər səhifəyə görə), sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi və vətəndaşla fotoşəkildəki şəxsin eyniliyinin təsdiqi - 2 manat və sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi üçün hər səhifəyə görə əlavə 0,50 manat (dövlət rüsumu məbləğində x/h)

Sənədlərdəki imzanın həqiqiliyinin, həmçinin tərcüməçinin imzasının həqiqiliyinin (hər imza üçün) təsdiqi üçün - 2 manat

Notariat qaydasında təsdiq edilmiş sənədlərin təkrarən verilməsi (dublikat) - 5 manat

Vərəsəlik əmlakının mühafizəsi barədə tədbir görülməsi - 20 manat

Dəniz protestlərinin tərtib edilməsi - 20 manat

İcra qeydlərinin aparılması - 10 manat

Fiziki və hüquqi şəxslərin, dövlət orqanlarının və bələdiyyələrin ərizələrinin digər fiziki və hüquqi şəxslərə, dövlət orqanlarına və bələdiyyələrə verilməsi - 5 manat

Müştərinin verdiyi bildiriş üzrə əvvəlcədən razılaşdırılmış vaxtda qəbul edilməsi - 5 manat

Notariat hərəkətlərinin müştərinin qabaqcadan verdiyi bildiriş üzrə iş yerindən kənarda aparılması (1 saat üçün) - 10 manat (notariusun iş yerindən kənarda notariat hərəkətlərinin aparılmasına görə 1 saatdan əlavə sərf olunan hər saat üçün 5 manat)

Ödəniş (qiymətli) kağızlarına dair təsdiq qeydi və imtina (protest) aktlarının rəsmiləşdirilməsi - 5 manat

Notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsi - 100 manat

Notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin müddətinin uzadılması - 50 manat

Başqa notariat hərəkətləri - 5 manat