Saakaşvili II İlyanın tələbinə baxmadı

saakasvili-ii-ilyanin-telebine-baxmadi
Oxunma sayı: 698

“Qafqazinfo”nun məlumatına görə, qüvvədə olan qanuna əsasən prezident 10 gün ərzində sənədi imzalamaq, veto qoymaq və ya parlamentdə yenidən baxılması üçün geri qaytarmağa məcburdur. Gürcüstan mətbuatı isə diplomatik mənbələrə istinadən artıq Saakaşvilinin qanun layihəsini imzaladığını yazıb.

Qeyd edək ki, dəyişikliklərə əsasən hüquqi status beş dini icmaya - Gürcüstanda erməni kilsəsi, yunan-katolik kilsəsi, müsəlman icmasına, yəhudi icmasına və baptist kilsəsinə veriləcək. Gürcüstanın patriarxı II İlya isə parlamentdə bu məsələyə baxılmanın dayandırılmasını tələb etmişdi.

Nərgiz Ehlamqızı