Sabah hava qeyri-sabit keçəcək

sabah-hava-qeyri-sabit-kececek
Oxunma sayı: 646

Bakıda və yarımadada buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağış yağacaq. Güclü şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturu gecə 10-14 dərəcə, gündüz 15-18 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında da sabah şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Gecə və səhər arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15 dərəcə, gündüz 16-21 dərəcə, dağlarda gecə 5-10 dərəcə, gündüz 11-16 dərəcə isti təşkil edəcək.

Nigar Məmmədli