Sabah yarımadaya yağış yağacaq

sabah-yarimadaya-yagis-yagacaq
Oxunma sayı: 650

Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturu gecə 21-25 dərəcə, gündüz 29-34 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə dolu düşəcəyi ehtimal olunur. Mülayim qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 21-25 dərəcə, gündüz 31-36 dərəcə, dağlarda gecə 11-16 dərəcə, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Yaxın iki gün ərzində Abşeron yarımadasında mülayim şimal-qərb küləyinin arabir güclənməsi müşahidə olunacaq.

Nigar Məmmədli