Sabaha olan hava- - Proqnozu

sabaha-olan-hava-
Oxunma sayı: 1344


Havanın temperaturunun gecə 17-22, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir. 

“Qafqazinfo” xəbər verir ki, Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti təşkil edəcək. 

Azərbaycanın rayonlarında 

Sabah  hava şəraitinin əksər rayonlarda yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq rayonlarda lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 18-23, gündüz 29-34, dağlarda gecə 8-13, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

Aqrometeoroloji şərh

Sentyabrın 08-dək hava şəraitinin respublikanın əsasən dağlıq və dağətəyi rayonlarında yağışlı olacağı gözlənilir. Temperatur rejimi bütün kənd təsərrüfatı bitkilərinin inkişafı üçün əlverişli olacaq. Əksər aran rayonlarında əsasən yağmursuz hava şəraiti pambıq və yonca əkinlərində suvarma ehtiyacını saxlayacaq. Axşam və gecə saatlarında dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağışların olması bağlarda meyvələrin və bostanlarda tərəvəzin və üzümün yığımında, çoxillik otların biçini və aqrotexniki işlərin görülməsində mühüm çətinliklər yaratmayacaq. Ümumiyyətlə, yağıntılar torpaqda məhsuldar rütubət ehtiyatlarını artıracaq, lakin Şəki – Zaqatala bölgəsində yığılmış tütün yarpaqlarının qurudulma şəraitini bir qədər çətinləşdirə bilər.