Sahibkarlığın inkişafı dövlətin diqqət mərkəzindədir

sahibkarligin-inkisafi-dovletin-diqqet-merkezindedir
Oxunma sayı: 3324

“Bakı İnşaat Sənaye” Açıq Səhmdar Cəmiyyətinin təsisçisi Loğman Zülfüqarlı Azərbaycanda sahibkarlığın inkişafına dövlət dəstəyi ilə bağlı yazı hazırlayıb.

“Qafqazinfo” həmin materialı təqdim edir:

Ötən əsrin 70-ci illərindən başlayaraq umummilli lider Heydər Əliyevin uzaqgorən və mudrik siyasəti nəticəsində bugünkü iqtisadiyyatımızın uğurlu inkişafının möhkəm təməli fomalaşdırılıb. Ulu öndərin ən layiqli davamcısı Prezident İlham Əliyevin bacarığı və idarəçilik istedadı sayəsində son illər ərzində iri miqyaslı və hərtərəfli iqtisadı islahatlar uğurla reallaşdırılıb. Həmin köklü, müasir zəmanəmizin bütün çağırışlarına tam cavab verən iqtisadi islahatların məntiqi nəticəsi olaraq coxşaxəli və ölkə sənayesinin dinamik inkişafında xüsusi önəm daşıyan yeni-yeni qabaqcıl müəssisələr yaradılıb. Burada həm daxili bazarın tələbatını ödəmək qabiliyyətində olan, həm də ixrac yönümlü məhsul buraxan istehsalat sahələri formalaşıb.

Belə müəssisələrdən biri də 2002-ci ildə yaradılmış, son bir neçə il ərzində əsaslı surətdə yenilənmiş, təsisçisi olduğum “Bakı İnşaat Sənaye” Açıq Səhmdar Cəmiyyətidir.

İlk əvvəl, Azərbaycanda özəl sahibkarlığın inkişafı üçün Prezident İlham Əliyev tərəfindən yaradılmış əlverişli şəraitə, sahibkarlara, xüsusilə ölkəmizin qeyri-neft sektorunun inkişafında, ixracyönümlü məhsulların buraxılışında əməyi olan iş adamlara göstərilən diqqət və qayğıya görə “Bakı İnşaat Sənaye” müəssisəsinin yüzlərlə işçisi olan əmək kollektivi adından öz dərin təşəkkürümüzü bildirmək istərdim. Bu gün Azərbaycan dayanıqlı inkişaf nümayiş etdirən nadir ölkələrdən biridir. Ölkə iqtisadiyyatının 85 faizindən çoxu özəl sektorun payına düşür, bu da dövlətimiz tərəfindən özəl sahibkarlara həm inamın və etimadın göstəricisidir, həm də üzərimizə düşən böyük məsuliyyətdən xəbər verir. Odur ki, bu sahədə müvəffəqiyyətlərin əldə olunması ümumən Azərbaycanın iqtisadiyyatının dayanıqlığının və inkişafının gerçəkləşdirilməsi anlamına gəlir. Ölkəmizdə özəl sahibkarlığın inkişafı üçün olduqca əlverişli mühit yaradılmışdır. Cənab Prezidentin həm daxili, həm xarici siyasəti o dərəcədə düzgün və dünyada baş verən hadisələrin hərtərəfli surətdə nəzərə alınması ilə həyata keçirilir ki, ölkəmizin daxilində möhkəm makroiqtisadi sabitlik təmin olunub, əlverişli investisiya iqlimi formalaşdırılıb. Tam əminliklə deyə bilərik ki, bu gün Azərbaycan investisiyaların yatırılması, sahibkarlıq fəaqliyyətinin həyata keçirilməsi üçün az sayda olan ən uyğun ölkələrdən biridi. Fürsətdən istifadə edib, yaradılmış bu gözəl şəraitə görə bir daha əmək kollektivimizin adından dövlət başçımıza öz dərin təşəkkürümüzü bildiririk.

Sənayenin mühüm sferalarından birini təşkil edən qara metallurgiya sahəsində fəaliyyət göstərən şirkətimizin əsas istiqaməti qara metaldan inşaat işlərində və digər sahələrdə istifadə olunan künclərin, dördkünclərin, dairəvi metal məhsullarının, şvellerlərin, ikitavrların, eləcə də digər formalı məhsulların, mismar və məftillərin istehsalından ibarətdir. Zavodumuzda qara metaldan istehsal edilən məmulatlar müxtəlif çeşiddə və ölçüdə yüksək texnoloji yayma üsulu ilə hazırlanır. Müəssisəmizdə geniş çeşiddə müxtəlif ölçülü su və qaz boruları, eləcə də inşaat profilləri istehsal edilir. Tikinti materiallarının istehsalı zamanı xarici ölkələrdən gətirilən xammaldan istifadə olunur.

Səhmdar Cəmiyyətimiz həmçinin neft maşınqayırma və qaz sənayesində istifadə olunan yüksək təzyiq altında işləyən siyirtmələrin, müxtəlif texnoloji avadanlıqların hissələrinin, dəmiryol yükdaşıma nəqliyyatı hissələrinin, ağırçəkili prokat vallarının, maşınqayırma və metallurgiya üçün zəruri olan hissələrin tökmə yolu ilə hazırlanmasını həyata keçirir. Müəssisəmizdə boruların istehsalı elektrik qaynağı yolu ilə həyata keçirilir. Diametr və qalınlıqdan asılı olaraq, borular içməli və texniki suyun su xətlərində, qaz kəmərlərində, sənayedə, yüksək təzyiqli hava kəmərlərində istifadə olunur. Profillərin hazırlanması isə polad təbəqələrin kvadrat və dördbucaqlı formada əyilməsi vasitəsilə qaynaq yolu ilə aparılır. Polad profillər əsasən inşaat konstruksiyalarında və dekorativ məqsədlərlə istifadə edilir. Müştərilərimizin tələblərinə uyğun olaraq, müxtəlif ölçülərdə, qalınlıqda və çeşiddə istehsal olunur.

Bu gün dövlətimizin başçısı cənab İlham Əliyev Azərbaycana ən müasir texnologiyaların gətirilməsinin,onların hərtərəfli respublikamızın bütün istehsal yönümlü müəssisələrində tətbiqinin vacibliyini önə çəkir, sahibkarlarımızın məhz bu istiqamətdə daha fəal olmalarını tələb edir. Odur ki, biz də dünyada müşahidə olunan texnoloji yeniliklərin və ən mütərəqqi texnologiyaların zavodumuzun istehsalat sahələrində tətbiqinə xüsusi önəm veririk. Bu baxımdan, iki məsələyə diqqətinizi cəlb etmək istərdim. Birincisi, şirkətimizdə ən müasir tələblərə cavab verən, buraxılan məhsulun keyfiyyətinə əhatəli şəkildə nəzarət etməyə imkan yaradan tam kompyuterləşdirilmiş laboratoriya fəaliyyət göstərir. Onun sayəsində istənilən metalın tərkibini analiz edərək, onun içərisindəki kimyəvi maddələrin miqdarını tələb olunan normalara uyğun olub-olmadığını müəyyən etmək olur.

Nəticədə, buraxılan məhsulların kimyəvi tərkibinə ciddi nəzarət edilir və metalda hansısa maddələr çatışmadığı halda məhsul yenidən istehsal sahəsinə göndərilir. Bunun nəticəsidir ki, Səhmdar Cəmiyyətimiz Azərbaycan Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzinin AZS Milli sertifikatlaşdırma sistemi tərəfindən Uyğunluq Sertifikatlarına, beynəlxalq ISO:9000 sertifikatına layiq görülmüşdür və zavodumuzda buraxılan məhsullarda həm yerli, həm də xarici bazarlarda böyük tələbat vardır. Hamıya məlumdur ki, müasir dövrdə tərkibi düz olmayan keyfiyyətsiz məhsullar nə daxili bazarda, nə də xarici bazarlarda qəbul olunmur. Məhz bu səbəbdən xarici tərəfdaşlarımız tərəfindən də bu məhsullar ciddi şəkildə yoxlanıldıqdan sonra müqavilələr bağlanılır. İsveçrə istehsalı olan həmin laboratoriya avadanlığının zavodumuzda tətbiqi dünya standartlarına tam cavab verən məhsulun istehsalında xüsusi rol oynamışdır. İkincisi, biz qarşımıza Azərbaycanda ilk dəfə boru və profillərin avtomatik xətdə boyanması texnologiyasının tətbiq edilməsini məqsədini qoymuşuq və buna olduqca qısa müddət ərzində nail ola bilmişik.

Bununla yanaşı, hazırda qeyri-neft sektorunun inkişaf etdirilməsi dövlətimizin əsas strategiyasını təşkil edir, buna görə də, bu sahədə ehtiyat və köməkçi hissələrin istehsalı Azərbaycanın milli iqtisadiyyatına bir tövhədir. Bu məqsədlə zavodumuzda ən mütərəqqi texnologiyalara əsaslanan fasonlu yayma fəaliyyət göstərir.

“Bakı İnşaat Sənaye” ASC-də təcrübəli mühəndislər qrupu çalışır. Müəssisədə işləyən ixtisaslı mühəndislərin bir qismi dünya standartlarına cavab verən və müasir texnologiyalara əsaslanan profillərin layihələndirilməsi, istehsalı və quraşdırılması ilə məşğul olur, digər qrup mühəndislər isə böyük və kiçik həcmli metallurqiya komplekslərinin layihələndirilməsinə, avadanlıqların istehsalına və quraşdırılmasında cavabdehdir.

Artıq qeyd etdiyim kimi, yalnız qurğu və avadanlıqlar deyil, istehsalatda istifadə edilən xammallar da beynəlxalq standartların tələblərinə tam cavab verir. Bu səbəbdən də zavodumuzda istehsal olunan məhsulların keyfiyyəti olduqca yuksəkdir.

“Bakı İnşaat Sənaye” ASC olkəmizdə həyata kecirilən bir çox layihələrdə, o cumlədən sosial obyektlərin tikinti-quraşdırma işlərinin aparılmasında daim iştirak etmiş və etməkdədir. Müəssisəmiz olkəmizin iqtisadi gucunun artırılması və iqtisadiyyatımızın dinamik inkişafına öz tohfəsini verməkdən qürur duyur.

Zavodumuz yalnız Azərbaycanın daxili tələbatını odəməklə kifayətlənməyərək, beynəlxalq bazarlara da yuksək keyfiyyətli məhsulları cıxarmaq yolunda inamla irəliləyir. Dunyanın ən qabaqcıl təcrubəsindən yararlanıldığı ucun şirkətimizin istehsal etdiyi məhsulların keyfiyyəti və rəqabətliliyi nəinki ölkə daxilində, həm də xarici bazarlarda da yuksəkdir.

Gələcəklə bağlı böyük planlarımız var. Belə ki, zavoda artıq yeni avadanlıqların quraşdırılması bitmək üzrədir. Yaxın zamanlarda istehsal edilən məhsulun çeşidi və həcmi artacaq, bundan əlavə, tikişli iri həcmli profil və boruların sənaye üsulu ilə hazırlanmasında istifadə olunan dəmir təbəqələrin istehsalı nəzərdə tutulur. Bu da 100-dən çox əlavə iş yerinin açılması deməkdir.”

Ulu Öndərin inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən müdriklik və böyük uzaqgörənliklə davam etdirilməsi sayəsində ölkəmiz inamla inkişaf edir. Dövlət başçısının apardığı bu siyasətə hər bir əmək kollektivi, hər bir vicdanlı Azərbaycan vətəndaşı öz töhfəsini verməlidir.