“TimBi” şirkətinin istehsalı olan “Eşref Tek” adlı rəqəmsal serialın Çağatay Ulusoyun tərəf müqabilinin kimliyi məlum olub.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, çəkiliş meydançasından sızan məlumatlara görə, layihədə “Eşref”in tərəf müqabili olacaq “Derin” obrazını Aybüke Pusat oynayacaq.
Aktrisa daha əvvəl “Teşkilat” serialındakı təsirli performansı ilə diqqət çəkmişdi.
Qeyd edək ki, Timur Savcı və Burak Sağyaşarın rəhbərlik etdiyi “Eşref Tek” serialının çəkilişlərinə yaxın günlərdə start veriləcək.


Son xəbərlər
Son Xəbərlər