Şahzadə Harri aktrisa ilə nişanlandı

sahzade-harri-aktrisa-ile-nisanlandi
Oxunma sayı: 2765

Britaniya şahzadəsi Harri aktrisa sevgilisi Meqan Markl ilə nişanlanıb. 

“Qafqazinfo”  xəbər verir ki, bu barədə Kensington sarayı rəsmi tvitter hesabında məlumat verib. Toy 2018-ci ilin yazına planlaşdırılıb. 

Qeyd edək ki, 36 yaşlı amerikalı aktrisa Meqan Markl daha əvvəl kinorejissor Trevor Enqelsonla evli olub, lakin 2013-cü ildə cütlük boşanıb.