Şakiraya cinayət işi açıla bilər

sakiraya-cinayet-isi-acila-biler
Oxunma sayı: 1850

Kolumbiyalı müğənni Şakiranın İspaniyada vergidən yayındığı bildirilir.

“Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə “El Pais” nəşri məlumat yayıb.

İddialara görə, Şakira 14,5 milyon dollar miqdarında gəlir və əmlak vergisini ödəməyib. Bu səbəbdən İspaniya Baş Prokurorluğu müğənni haqqında cinayət işi aça bilər.

Məlumat üçün bildirək ki, İspaniyada 6 aydan çox yaşayan şəxslər avtomatik olaraq vergi ödəyiciləri olurlar.

Qeyd edək ki, ispan futbolçu Jerar Pike ilə evli olan 41 yaşlı ifaçı 2011-ci ildən İspaniyada yaşayır.