Şamaxıda ticarət mərkəzində yanğın olub - Video

samaxida-ticaret-merkezinde-yangin-olub
Oxunma sayı: 2112

Şamaxı rayonunda güclü yanğın olub. 

"Qafqazinfo" xəbər verir ki, hadisə gecə saatlarında rayonun Mirzə Ələkbər Sabir küçəsində qeydə alınıb. İkimərtəbəli ticarət mərkəzində baş verən yanğın qısa zamanda alovlanaraq, ümumi sahəsi 400 m² olan ikimərtəbəli mağazanın 2-ci mərtəbəsinin yanar konstruksiyaları 200 m² sahədə və içərisində olan əşyalar yanıb.

Alovun  söndürülməsi üçün əraziyə Dövlət Yanğından Mühafizə hissələrinin canlı qüvəsi və texnikası cəlb edilib. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə şahidlərinin sözlərinə görə, yanğın zamanı ticarət mərkəzində olan xeyli əşyalar yanaraq, yararsız hala düşüb. 

Fakta bağlı araşdırma aparılır. 

Rəşad Türkoğlu