Sənədlər imzalandı

senedler-imzalandi
Oxunma sayı: 633

“Qafqazinfo”nun məlumatına görə, “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun Birgə Bəyanatı”nı hər iki dövlət başçısı imzalayıb.
“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Özbəkistan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2013-2015-ci illər üzrə Əməkdaşlıq Proqramı”nı Azərbaycan tərəfindən xarici işlər naziri Elmar Məmmədyarov, Özbəkistan tərəfindən xarici işlər naziri Abdulaziz Kamilov imzalayıblar.

“Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında 2012-2015-ci illər üzrə iqtisadi əməkdaşlıq Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı”nı Azərbaycan tərəfindən baş nazirin birinci müavini Yaqub Eyyubov, Özbəkistan tərəfindən baş nazirin birinci müavini - maliyyə naziri Rustam Azimov imzalayıblar.